Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərməyə başlayıb.

Median.Az APA-ya istinadən xəbər verir, ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.

Müvafiq tapşırığa əsasən, 21 avqust 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Xəstəxanada fəaliyyət göstərən Təcilli Tibbi Yardım, Poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *