Goranboyda minik maşını ilə traktor toqquşub, bir nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmədli şəhərində qeydə alınıb.

Hərəkətə olan “VAZ 2107” markalı minik maşını qoşqulu traktora çırpılıb. Qəza zamanı “VAZ”-in sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *