Tanzaniyada Fransa səfirliyinin qarşısında iki polis güllələnib

Tanzaniyanın paytaxtı Darüsselamda Fransa səfirliyinin yaxınlığında naməlum şəxs iki polis işçisini güllələyərək öldürüb.

Kişi polisə yaxın məsafədən atəş açaraq silahı götürüb və sonra havaya atəş açmağa başlayıb. Yaxınlıqdakı insanlar atəş səsindən sonra hadisə yerindən qaçıblar.

Daha sonra hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq polis bölməsinə gətiriblər.

Hazırda onun şəxsiyyəti və cinayətin motivləri müəyyənləşdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *