Banqladeşdə gəmi qəzaya uğrayıb, onlarla ölən var

Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəmi qəzaya uğrayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə The Bangladesh Observer qəzeti polisə istinadən xəbər yayıb.

Məlumata görə, gəminin trauler (balıq ovu üçün nəzərdə tutulan gəmi – red) ilə toqquşması nəticəsində azı 20 nəfər boğulub.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *