“Respublikanski”də müalicə alan xəstə yoxa çıxdı

Respublika Klinik Xəstəxanasında müalicə alan xəstə itkin düşüb.

Xaçmaz rayon sakini 60 yaşlı Bəsti Əhmədova müalicə aldığı xəstəxanadan avqustun 26-sı saat 10:00 radələrində çıxıb və geri qayıtmayıb.

Məlumata görə, B.Əhmədova yaddaş pozğunluğundan əziyyət çəkir. O, son olaraq oğlu ilə danışıb, “su içməyə çıxmışam, xəstəxananı tapa bilmirəm”, – deyib. Oğlu, “gözlə olduğun yerdə, gəlirəm”, – deyib, lakin daha sonra xanımın mobil telefonuna zəng çatmayıb.
Onu tapmaq hələ də mümkün deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *