Sürücülərin NƏZƏRİNƏ: Hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində iş aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 1 sentyabr saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq hərəkət qismən məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *