Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

Afrikada koronavirusa yoluxanların sayı 7 770 109 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının regional ofisinin çərşənbə günü yaydığı məlumata görə, qitədə COVID-19 səbəbindən 196 190 nəfər ölüb, 6,9 milyondan çox insan sağalıb.

Afrikada yoluxma və ölüm hallarının çoxu Cənubi Afrika Respublikasının payına düşür – müvafiq olaraq 2 777 659 və 82 261.

Tunisdə 23 451 nəfər xəstəlikdən dünyasını dəyişib, 664 034 yoluxma hadisəsi qeydə alınıb. Misirdə bu rəqəmlər ardıcıl olaraq 16 736 və 288 441-dir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *