Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Sürücü Mürsəliyev İlqar Əbülhəsən oğlu “Mitsubishi” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücünün qardaşı, 44 yaşlı Mürsəliyev Elşən Əbülhəsən oğlu müxtəlif növ bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *