Yağışla əlaqədar bəzi yollarda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *