MDB Oyunları: Azərbaycan komandası bürünc medal qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

Basketbolun 3X3 növündə çıxış edən milli komanda bürünc medala sahib olub. Yarımfinalda Rusiyaya 17:21 hesabı ilə uduzan baş məşqçi Samit Nuruzadənin komandası 3-cü yer uğrunda görüşdə Özbəkistan üzərində qələbə qazanıb – 14:13.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *