Qazaxda piyadanı avtomobil vurub

Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı Ceyhun Süleymanovu avtomobil vurub. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.