Efiopiyada üsyançılar 100-dən çox mülki şəxsi öldürüb

Efiopiyanın Amhara bölgəsindəki Tiqray Xalq Qurtuluş Cəbhəsi 100-dən çox mülki şəxsi qətlə yetirib.

Bu barədə yerli “Fana” radiostansiyası məlumat yayıb.

Üsyançıların uşaqlar və qocalar da daxil olmaqla 100-dən çox mülki şəxsi öldürdüyü qeyd olunur.

Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançılar 2020-ci ilin noyabrında Efiopiyanın şimalına hücum etdikdən sonra baş nazir Abiy Əhməd onlara qarşı hərbi hərəkat qərarı verib. Tərəflər arasında döyüşlər zamanı bir milyondan çox adam yerindən-yurdundan olub. Qarşıdurmalar hələ davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *