Azərbaycanda 9 yaşlı uşaq su kanalında batdı

Şəmkir rayonunda uşaq əlini yuyarkən su kanalına düşüb.

Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *