FIDE reytinqi: Rəcəbov geriləyib, Məmmədyarov mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

“Report” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə ilk “10-luq”da Azərbaycan təmsilçiləri yer almayıb.

Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 2 pillə geriləyərək, 12-ci sırada qərarlaşıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *