Mərakeşdə yeni hökumət elan edilib

Mərakeşdə sentyabrın 8-də keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi elan edilib.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, Baş nazir Əziz Akhennuşun rəhbərlik edəcəyi Nazirlər Kabinetinə 7 qadın olmaqla 24 nazir daxildir.

Telekanal Nasser Buritanın xarici işlər naziri, Abdeluafi Laftitin isə daxili işlər naziri postuna təyin olunduğunu qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *