Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

Goranboyda yol qəzası olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəfəq kəndində qeydə alınıb. “VAZ-21099” markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində “VAZ-21099″un sürücüsü, 1992-ci il təvəllüdlü R.Namazov xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza nəticəsində digər avtomobildə olan 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *