Zaqatalada avtomobil yeddi yaşlı uşağı vurdu

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Musayev Mehdi Musa oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *