Magistral yolda qəza: Bir ailənin üç üzvü xəsarət aldı

Yevlax-Ağdaş yolunda avtomobil qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılıb.

Baş verən qəza nəticəsində Sumqayıt şəhər sakinləri – sürücü 1998-ci il təvəllüdlü Məmmədov Asiman Yusif oğlu, atası Yusif Məmmədov və anası Almaz Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.