Boksçumuz dünya çempionatının yarımfinalında erməni ilə döyüşəcək

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevin yarımfinalda rəqibi müəyyənləşib.

92 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev sabah finala çıxmaq üçün Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, sabah daha iki boksçumuz yarımfinal görüşünə çıxacaq. Loren Alfonso Dominqes (-86 kq) həmyerlisi Ruis Kordoba (Kuba) ilə, Sərxan Əliyev (-71 kq) isə Yuri Zaxariyevlə (Ukrayna) rinqə çıxacaq.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *