Türkiyə HƏMAS və İsrail arasında mərhələli əsir mübadiləsini planlaşdırır

Bir sıra Qərb ölkələri Fələstin-İsrail münaqişəsi zonasında əsirlərin mübadiləsini asanlaşdırmaq istəyi ilə Türkiyəyə müraciət edib.

Bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb.

“Bir çox dövlətlər öz vətəndaşlarının müdafiəsinə qalxmaq tələbi ilə Ankaraya müraciət edib”, – nəşr qeyd edib.

Ankaranın mərhələli mübadilə prosesinə ilkin olaraq qadınlarla başlayacağı bildirilib: “Əsirlərin mübadiləsi asan məsələ deyil. Alınan məlumatlar göstərir ki, HƏMAS bir sıra şərtlər irəli sürüb. Ankara səylərini davam etdirəcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *