Şimali Karolinada silahlı insidentdə 5 nəfər ölüb

Şimali Karolinanın Sempson dairəsində silahlı insidentdə 5 nəfər ölüb.

Bu barədə NBC-nin yerli şöbəsi məlumat yayıb.

Bildirilib ki, insident çərşənbə günü baş verib. Meyitlər yerli vaxtla 23:41-də tapılıblar. Qeyd olunub ki, hadisənin qurbanı yaşı 50-80 arası olan dörd kişi və bir qadın olub.

Polis hesab edir ki, olayın baş verdiyi ev narkotik ticarəti üçün istifadə olunmuş ola bilər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *