Bakıda evdən 15 000 dollar və 5000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *