Rusiya millisinin futbolçusunun qabırğası sınıb

Rusiya millisinin və “Spartak” klubunun futbolçusu Georgi Cikiya zədələnib.

29 yaşlı müdafiəçinin məşq zamanı qabırğası sınıb.

Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Georgi Cikiya 2017-ci ildən Moskva təmsilçisinin formasını geyinir.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *