Bakıda QƏZA: Xəsarət alan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 1997-ci il təvəllüdlü Kənan Kərim oğlu Əliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *