Sumqayıtda orta aylıq əməkhaqqı 14 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhərində orta aylıq əməkhaqqı 850 manat təşkil edib.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur.

Hesabat dövründə Sumqayıtda 1 121 yeni iş yeri açılıb.

9 ay ərzində şəhərdə ticarət dövriyyəsinin dəyəri isə 400 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 22,6% çoxdur.