Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib – VİDEO

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, ilkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb.

Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir. Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *