Mərdəkanda 18 yaşlı gənci avtomobil vurub

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

2005-ci il təvəllüdlü Allahverdiyev Röyal Elvin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *