Bakıda üç nəfərin bank kartından oğurluq edən şəxs ƏLƏ KEÇDİ

Bakıda üç nəfərin bank kartından 1 482 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından ümumilikdə 1 482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *