Şabranda ağır yol qəzasında yaralanan hotel işçisi Bakıya gətirilib

Şabran rayonunun Pirəbədil kəndi ərazisində qəzaya düşərək xəsarət alan hotel işçilərindən biri Bakıya gətirilib.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən beş nəfərdən biri, Vəliyev Cəmil Əşrəf oğlunun vəziyyəti ağırlaşıb.

O, paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Cəmil Vəliyev açıq kəllə-beyin travması alıb. Hazırda müalicəsi davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *