KİV: “Ermənistan hökuməti əhalinin vatsap danışıqlarını dinləyir”

Ermənistan hökuməti bu yaxınlarda vatsap kommunikasiya vasitəsinə tam çıxış əldə edib.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib.

Məlumata görə, bu şəbəkədə edilən bütün telefon danışıqları və mesajları dövlət qurumları üçün əlçatan olub. Bildirilib ki, vatsap-a da artıq adi mobil söhbətlər və mesajlar kimi giriş mümkündür.

Nəşr bildirib ki, Ermənistan hakimiyyəti ölkədə vətəndaşların danışıqlarının izlənməsinə görə dünyada aparıcı yerlərdən birini tutur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *