Azərbaycanda biabırçılıq: Elmi konfransa təqdim olunan bəzi məqalələrin plagiat olduğu aşkarlanıb

Coğrafiya İnstitutunun keçirdiyi elmi-praktiki konfransa təqdim olunan bir sıra məqalələrin plagiat olduğu aşkarlanıb.

APA xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən məqalələr hələ rəyə verilmədən plagiat olduqları aşkarlanıb və qarşısı alınıb:

“Plagiatlıq çox pis haldır. Doktorantlarımız, dissertantlarımız internet məlumatlarından istifadə edərkən diqqətli olmalıdırlar”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *