Bu rayonun DYP rəisi dəyişdi

Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Nurlan Qafarov vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
 
Digər əmrlə Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəisi, mayor Razi Hüseynov vəzifəsindən azad edilərək, Lerik DYP-yə rəis təyin olunub.
 
Qeyd edək ki, Razi Hüseynov 2019-cu ildə Ağdaş rayon Polis Şöbəsinin yol polisi bölməsinin baş inspektoru vəzifəsindən azad olunaraq, Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəis təyin olunmuşdu.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *