Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb.

47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *