Geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin aktivliyi bir dekabrda proqnozlaşdırıldığı kimi G3 (güclü) geomaqnit qasırğasınadək yüksəlib. Hazırda Kp indeksi ikiyə bərabərdir.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Proqnoz günlərində (4-11 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 4-6 dekabrda tac dəliyindən yüksək sürətli axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliyindən yüksək sürətli axınların təsiri ilə 700km/san-dək artacağı və tac kütlə atılmalarınını (TKA) da əlavə təsiri gözlənilir.

Geomaqnit sahəsi-tac dəliyindən yüksək sürətli axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah isə TKA-nın təsiri ilə G1 (zəif) geomaqnit qasırğası gözlənilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *