“Bavariya”nın təxirə salınan oyununun tarixi müəyyənləşib

Almaniya Bundesliqasının XIII turundan təxirə salınan “Bavariya” – “Union” (Berlin) oyununun tarixi müəyyənləşib.

Qarşılaşma 2024-cü il yanvarın 24-də baş tutacaq.

Matç həmin gün “Allianz Arena”da gerçəkləşəcək. Dekabrın 2-də keçirilməli olan görüş güclü qar yağması səbəbindən təxirə salınıb.

Qeyd edək ki, “Bavariya” hazırda 32 xalla turnir cədvəlinin 2-ci, “Union” isə 7 xalla 18-ci pilləsində qərarlaşıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *