Abşeronda yol qəzasında bir nəfər ölüb

Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə “Saray yolu” adlanan ərazidə qeydə alınıb.

“KİA” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *