Gəncədə dörd nəfəri bıçaqlayan şəxslər saxlanılıblar

Gəncədə dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə oxu.az-ın məlumatına görə, Kəpəz Əliquliyev, Pərviz Eyvazov, Akif Rüstəmov və Əli Musayev bıçaqla müxtəlif xəsarətlər alıblar.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə dörd nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil veriliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *