Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri həbs olunub – YENİLƏNİB

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov həbs olunub.

Median.Az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov polis əməkdaşları tərəfindən həbs olunub və barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kerimov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.//qafqazinfo.az

***

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.

Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *