Azərbaycandan Rusiyaya ilk yumurta partiyası çatdırılıb

Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta həcmində bu ərzağın ilk partiyası gətirilib.

Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

“Dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə idxal edilib”, – məlumatda bildirilib.

Mənbə: TASS

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *