Yekaterinburqdan Bakıya uçuşlar başlayacaq

Ural Hava Yolları yanvarın 13-dən etibarən Yekaterinburqdan Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Məlumata görə, uçuşlar bazar ertəsi, cümə axşamı və şənbə günləri təşkil ediləcək.

Aviaşirkətin saytındakı cədvələ əsasən, uçuşun müddəti 3 saat 10 dəqiqə olacaq.

Qeyd edək ki, Ural Hava Yolları sərnişin axınına görə Rusiyanın aparıcı aviaşirkətlərindən biridir. Şirkətin hava donanması “Airbus” təyyarələrindən ibarətdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *