Türkiyənin Malatya bölgəsində zəlzələ olub

Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntılar barədə əlavə məlumat verilməyib.

Mənbə: Deprem.afad.gov.tr

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *