12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılmasına dövlət qurumlarından REAKSİYA

Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı Q. E. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir:

“Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir. Onu da qeyd edirik ki, məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına aidiyyəti üzrə məlumat verib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *