Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı artdı

Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb.

Bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Xilasedicilər zəlzələlər nəticəsində uçan evin dağıntıları altında 120 saatdan çox qalan qadını sağ tapıblar.

Qeyd edək ki, xilas edilən qadının 90-dan çox yaşı var. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mənbə: TASS

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *