Pullu yola sürət nişanı qoyuldu: Radar da quraşdırılacaq

İstifadəyə verilən ödənişli Bakı-Quba yolunda sürət həddinə dair müzakirələr yekunlaşıb. Belə ki, sözügedən yolda sürət həddi 110 km/saat olaraq təyin edilib.

Bakı-Quba yoluna alternativ yol kimi çəkilən ödənişli avtomagistral yolda sürət həddinin 110 km/saat olduğunu göstərən nişan quraşdırılıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən yol nişanı bayram günləri ərəfəsində quraşdırılıb. Baxmayaraq ki, magistral yollarda maksimal sürət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.

Qeyd edək ki, sürücülərin yolda sürət həddinə ciddi riayət etməsini təmin etmək üçün hələ xüsusi texniki vasitələr (radar – red.) quraşdırılması hələ də həyata keçirilməyib.

Ödənişli Bakı-Quba yolunda isə artıq dəfələrlə ölüm və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bəs bu qəzalar necə və hansı meyarlarla aktlaşdırılır? Kim məsuliyyət daşıyır?

Bu suallara isə hələ də cavab verəcək qurum yoxdur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *