NATO Baş Katibi: “Sursatların alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalanıb”

NATO 155 millimetrlik artilleriya sursatının alınması üçün 1,2 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın rəhbəri Yens Stoltenberq məlumat verib.

“Biz elə indi yüz minlərlə 155 mm-lik sursatın alınmasına dair müqavilə imzaladıq”, – o qeyd edib.

Onun sözlərinə görə, belə investisiyalar həm də bloka üzv ölkələrə Ukraynanı bundan sonra da dəstəkləməyə imkan verəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *