Bakıda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda beş yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən binanın 7-ci mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *