Gədəbəydə qəza olub: Xəsarət alanlar var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Gər-Gər kəndində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı Yaşar Əliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *