Xırdalanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mağazaların birindən 18 460 manat pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Ramiz İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *