Avropa Parlamenti Ukraynaya 50 milyard avro yardım ayrılmasını təsdiqlədi

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarı təsdiqləyib.

Bu barədə AP-nin yaydığı məlumatda qeyd olunub.

“Parlament çərşənbə axşamı Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Buraya Ukraynaya 50 milyard avro vəsaitin ayrılması daxildir”, – deyə məlumatda bildirilib.

Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə çıxıb, 39 deputat isə bitərəf qalıb.

Mənbə: TASS

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *