Yasamaldakı “ASAN xidmət” mərkəzi bir müddət bağlı olacaq – SƏBƏB

Bakının Yasamal rayonundakı 3 saylı “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar bağlanacaq.

Bu barədə “ASAN xidmət” mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq:

“Vətəndaşlarımız qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 83

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *